“Rusiya ilə müharibə riski artıb” - Poroşenko

rusiya-ile-muharibe-riski-artib
Oxunma sayı: 1964

Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə hər an müharibə ola biləcəyini deyib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Almaniyanın “Bild” jurnalına müsahibə verən prezident bildirib ki, müharibə ehtimalı ötən illə müqayisədə bu il daha da artıb:

“Rusiya mütəmadi olaraq Ukraynanın sərhədinə hərbi qüvvələr yerləşdirir. Biz də özümüzü müdafiə etmək üçün Almaniyadan silah almaq niyyətindəyik. Bu, təkcə Ukraynanın deyil, həmçinin Avropanın da təhlükəsizliyi məsələsidir”.