Rusiya ilə sərhədin bağlanmasını uzatmaq niyyətindədirlər

rusiya-ile-serhedin-baglanmasini-uzatmaq-niyyetindedirler
Oxunma sayı: 2714

Finlandiya Rusiya ilə sərhədin bağlanmasını uzatmaq istəyir.

“Qafqazinfo” “İlta-Sanomat” nəşrinə istinadən xəbər verir ki, Finlandiya hakimiyyəti qərarı fevralın 8-də ölkənin Nazirlər Kabinetinin iclasından sonra rəsmən elan edəcək.

“Sərhədin bağlanmasının uzadılması qərarı Rusiya ilə (keçid məntəqələrində) vəziyyətin dəyişməməsi ilə əsaslandırılacaq”, - nəşr bildirib.

Qeyd olunur ki, hakimiyyət orqanlarının qərarına ölkədə sığınacaq almaq istəyən miqrantların faktiki sayı təsir etmir. Məntəqələrin bağlanması nəticəsində onlar Rusiya ərazisində qalırlar.