Rusiya ilə Səudiyyə Ərəbistanı razılığa gələ bilmədi

rusiya-ile-seudiyye-erebistani-raziliga-gele-bilmedi
Oxunma sayı: 3129

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına dair hələ ki, razılığa gələ bilməyib.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, tərəflər arasında neft hasilatının azaldılması ilə bağlı gələcək tənzimləmələr barədə heç bir müəyyənlik yoxdur. Tərəflər konkret bir sxem üzrə hələ də razılığa gələ bilməyib. Bu səbəbdən yekun qərarın 9 aprel OPEC + iclasında veriləcəyi qeyd olunub.

Bundan əlavə OPEC və Rusiya digər istehsalçıların da danışıqlara qoşulmasını istəyir. Bu səbəbdən danışıqlara qoşulmaları üçün Argentina, Braziliya, Norveç, Kolumbiya, Misir, İndoneziya, Trinidad və Tobaqoya da dəvətlər göndərilib.

Səudiyyə Ərəbistanı isə aprelin 10-da keçiriləcək G-20 Energetika nazirlərinin iclasında ABŞ-la razılaşma əldə etmək istəyir. Amerika tərəfi hasilatın azaldılması ilə bağlı dəstək verə biləcəyini istisna etməyib.