“Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalamağa hazırıq”

rusiya-ile-strateji-terefdasliq-sazisi-imzalamaga-haziriq
Oxunma sayı: 3173

“İran oktyabrda Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırdır”.

“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, bunu İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı deyib. 

O, ölkəsinin Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb: “Şübhəsiz ki, bu əlaqələri gücləndirəcəyik”.

Qeyd edək ki, tərəflər arasında telefon danışığı iyulun 8-də axşam saatlarında baş tutub.