“Rusiya ilə sülh sazişi iki ayrı sənəddən ibarət olmalıdır” - Zelenski

rusiya-ile-sulh-sazisi-iki-ayri-senedden-ibaret-olmalidir
Oxunma sayı: 3432

"Rusiya ilə sülh sazişi iki ayrı sənəddən ibarət olmalıdır".

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh müqaviləsindən danışarkən deyib.

“Onlardan biri Ukraynanın təhlükəsizliyinə zəmanət, digəri isə onun Rusiya Federasiyası ilə birbaşa əlaqəsinə dair olmalıdır”, - deyə Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır, lakin hələlik heç kimdən yekun cavab gəlməyib.