Rusiya və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah heyətinin iştirakı ilə Moskvada toplantı keçirilib.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən xəbərinə görə, tərəflər toplantıda Suriyadakı əməliyyatlar zamanı uçuş təhlükəsizliyinin təmin olunması və arzuolunmayan hadisələrin baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə toxunublar. Daha sonra isə iki ölkə arasında buna dair memorandom imzalanıb.
Sənədə əsasən, terrorçuların hədəflərinə doğru hücumlar zamanı Rusiya Hərbi-Hava Qüvvələri ilə Türkiyə Hava Qüvvələrinə məxsus təyyarələrin uçuş təhlükəsizliyini həyata keçirilməsi və əməkdaşlıq üçün mexanizmlər müəyyənləşəcək.
Son xəbərlər
Son Xəbərlər