Rusiya ilə Türkiyə Suriyada yeni patrul xidmətinə başladı

Rusiya ilə Türkiyə Suriyada yeni patrul xidmətinə başladı
Oxunma sayı: 425

Türkiyə və Rusiya hərbi birləşmələri Suriyanın şimalında üçüncü patrul xidmətinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, əməliyyat Fəratın şərqindəki Kamışlı və Derik şəhərləri arasındakı ərazidə pilotsuz təyyarədən istifadə etməklə həyata keçirilir.

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Deyra-Naqa gömrük keçid məntəqəsindən başlayan yeni bir marşrut boyunca ortaq patrul xidmətinin həyata keçiriləcəyini, patrulun Suriya-Türkiyə sərhədi boyunca şərqə doğru gedəcəyini açıqlayıb.

Qeyd edək ki,  Rusiya-Türkiyə bundan əvvəl noyabrın 1-i və 5-də Suriyanın şimal-şərqində birgə patrul əməliyyatları keçirib.

Birgə patrul xidməti Rusiya və Türkiyə liderləri tərəfindən 22 oktyabrda Soçidə imzalanan memoranduma uyğun olaraq reallaşdırılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi