Rusiya ilə Türkiyənin Suriyada ortaq patrula başlayacağı tarix açıqlandı

rusiya-ile-turkiyenin-suriyada-ortaq-patrula-baslayacagi-tarix-aciqlandi
Oxunma sayı: 1343

Martın 15-dən etibarən Suriyada M4 avtomobil yolunda Türkiyə və Rusiya hərbçiləri birgə patrul xidmətinə başlayacaqlar.

“Qafqazinfo”nun “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar məlumat verib.

Onun sözlərinə görə, növbəti həftənin əvvəlində Rusiya hərbi heyəti Ankaraya səfər edəcək.

Akar bildirib ki, tərəflər quru yolu boyunca qurulacaq təhlükəsiz dəhlizin qaydaları və prinsipləri üzərində işləməyə başlayıb.

Xatırladaq ki, martın 5-də Moskvada Rusiya və Türkiyə Prezidentləri İdlibdə atəşkəs elan olunması barədə razılığa gəliblər.