“Rusiya ilə Ukrayna arasında müharibənin olmasını istəmirik” - Ərdoğan

rusiya-ile-ukrayna-arasinda-muharibenin-olmasini-istemirik
Oxunma sayı: 945

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna arasındakı böhrandan danışıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu ay Ukraynaya gedəcəyini xatırladan Ərdoğan deyib: 

“Bizim yeganə narahatlığımız Ukrayna ilə Rusiya arasındakı problemin həllidir. Biz Rusiya ilə Ukrayna arasında hər zaman danışılan müharibəni istəmirik. Bu, region üçün pis əlamətdir. NATO ölkəsi olaraq bunu istəmirik və qəbul etmirik”.