“Rusiya ilə ünsiyyət çətin olsa da, gedir” - Ukrayna tərəfi

rusiya-ile-unsiyyet-cetin-olsa-da-gedir
Oxunma sayı: 1897

“Rusiya Ukrayna ilə danışıqlarının dördüncü raundunda konstruktiv mövqe göstərir”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisinin direktor müavini İqor Jovka məlumat verib. 

Həmin ofisin müşaviri Mixaylo Podolyak isə bildirib ki, ünsiyyət çətin olsa da, gedir: "Tərəflər artıq mövqelərini daha dəqiq şəkildə ifadə edirlər".

O, Ukrayna və Rusiya nümayəndə heyətlərinin videoformatda görüşünün davam etdiyini bildirib.