Xəbər verdiyimiz kimi, Rusiya vətəndaşı olan və ingilis kəşfiyyatına çalışan keçmiş cəsus Sergey Skripalla qızının İngiltərədə zəhərlənməsi olayı ilə bağlı Britaniya hökuməti sərt addım ataraq 23 rus diplomatı deportasiya edib.
“Qafqazinfo” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu addımı Rusiyaya qarşı təxribat adlandırıb:
“Skripal və qızının zəhərlənməsi hadisəsi ilə bağlı həqiqətə uyğun olmayan bəhanələrlə rəsmi Moskvanı “cəzalandırmaq” istəmələri, Rusiyanı təhrik etməyə planlanmış addımdır. Bu, iki ölkə arasındakı normal dialoqun bünövrəsini dağıtdı”.
Qeyd edək ki, hazırda iki ölkə arasında diplomatik əlaqələr dayandırılıb.
Son xəbərlər
Son Xəbərlər