“Rusiya İranı müasir silahlarla təmin edir”

“Rusiya İranı müasir silahlarla təmin edir”
Oxunma sayı: 2816

“Rusiya İranı müasir silahlarla təmin edir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Rusiya İranı müasir silahlarla təmin edir və əvəzində Tehrandan pilotsuz uçuş aparatları (PUA) alır”, - deyə Blinken qeyd edib.

Blinken vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir.