Rusiya İranla Pakistana çağırış etdi

rusiya-iranla-pakistana-cagiris-etdi
Oxunma sayı: 3957

“Rusiya İranla Pakistanı maksimum dərəcədə təmkinli olmağa çağırır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Moskva tərəfləri yaranmış məsələləri yalnız siyasi-diplomatik yolla həll etməyə çağırıb: “Rusiya ümid edir ki, İran və Pakistan yaranmış fikir ayrılıqlarını tezliklə ənənəvi mehriban qonşuluq ruhunda həll etmək üçün yol tapacaqlar”.