“Rusiya İranla Qarabağ dialoqunda maraqlıdır” - Lavrov

rusiya-iranla-qarabag-dialoqunda-maraqlidir
Oxunma sayı: 722

“Moskva və Tehran Dağlıq Qarabağ ətrafındakı vəziyyət də daxil olmaqla bir sıra regional məsələlər üzrə dialoqun dərinləşdirilməsində qarşılıqlı maraqlıdırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşdə bildirib.

“Ölkələrimizin ətraf bölgədəki rolunu nəzərə alaraq, Fars körfəzindəki təhlükəsizlik, Əfqanıstanda nizamlanma problemləri kimi mövzularda dialoqun dərinləşdirilməsində maraqlıyıq və əlbəttə ki, Rusiya, Azərbaycan  və Ermənistan liderləri razılığa gəldikdən sonra Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə edə bilərik”- deyə Lavrov qeyd edib.