Rusiya “İsgəndər”lə Ukrayna hərbi kolonunu vurdu - Video

rusiya-isgenderle-ukrayna-herbi-kolonunu-vurdu
Oxunma sayı: 5114

Rusiya Silahlı Qüvvələri “İsgəndər-M” raketləri ilə Sumı vilayətində Ukrayna ordusuna məxsus hərbi texnika kolonunu vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Bildirilir ki, zərbə nəticəsində 65-ə yaxın ukraynalı hərbçi zərərsizləşdirilib, 20 hərbi avtomobil, eləcə də artilleriya sursatı anbarı məhv edilib.