Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus “Tu-22M3” tipli 6 ədəd uzun mənzilli bombardmançı Suriyanın Deyr-ez-Zor vilayətində İŞİD terror təşkilatının mövqelərinə aviazərbələr yetirib.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
“Aviazərbə nəticəsində iki nəzarət nöqtəsi, silah və döyüş sursatlarının olduğu anbarlar, eləcə də terrorçuların hərbi texnikası məhv edilib”, - nazirliyin açıqlamasında qeyd olunur.
Son xəbərlər
Son Xəbərlər