Rusiya Kazan görüşü barədə bəyanat verdi

rusiya-kazan-gorusu-barede-beyanat-verdi
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, Moskva Bakı və İrəvanın mayın 26-da Dovildə ATƏT-in Minsk qrupu ölkələri rəhbərlərinin birgə bəyanatına konstruktiv cavab verəcəklərinə ümid edir. Qeyd edək ki, həmin bəyanatda Azərbaycan və Ermənistan liderlərinin siyasi iradə göstərməsi və Kazan sammitinin gedişatında Dağlıq-Qarabağ münaqişəsinin nizama salınması üzrə əsas prinsiplərin müzakirəsini başa çatdırmaq qeyd olunub. Rusiyanın XİN hesab edir ki, tərəflər “regionda sülh, çiçəklənmə və bütün regionun inkişafı” naminə razılığa gələcəklər:

“Kazanda baxılacaq sənəd tərəflərin və həmsədrlərin birgə işinin mühüm dövrünün nəticəsidir. Bu gələcək addımlar üçün və hərtərəfli sülh razılaşmasının sonrakı hazırlığı üçün real əsası təqdim edir”.

Səidə Teyyubqızı