“Qafqazinfo” xəbər verir ki, tanınmış tarixçi-alim Nəsiman Yaqublunun rəhbərlik etdiyi layihə əsasında Rusiyanın Moskva şəhərindəki aparıcı universitetlərin kitabxanalarına Qarabağla bağlı olan tarixi kitablar verilib. Həmin kitabxanalardan N.Yaqublunun ünvanına təsdiqləyici məktublar daxil olub.
“Rusiyanın bu aparıcı kitabxanalarından məktubların ünvanımıza daxil olması bir daha təsdiqləyir ki, biz uğurlu bir layihə həyata keçirmişik. Çap kitabları ilə yanaşı Qarabağla bağlı 30-dan çox kitabların elektron formasını da kitabxanalara verdik və onların kataloqlara salınmasına nail olduq. Bu, çox vacib işlər idi. Bu günə qədər Moskva kitabxanalarında əsas üstünlük ermənilərin tərəfindədir. Bizim isə rus dilində kitablarımız azlıq təşkil edir. Belə layihələr bu sahədəki ümummilli problemlərimizin həllinə kömək edir”, - deyə N. Yaqublu bildirib.
Qeyd edək ki, təsdiqləyici məktublar Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası, Rusiya Dövlət Kitabxanası və "Azərbaycan diasporu” qəzetindən göndərilib.
Son xəbərlər
Son Xəbərlər