Rusiya Kiyevi yenə bombaladı

rusiya-kiyevi-yene-bombaladi
Oxunma sayı: 4353

Rusiya Kiyev məhəllələrini, paytaxtdan kənarda yerləşən Vışneve şəhərini bombalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə Xidməti məlumat yayıb. Bildirilir ki, hazırda hücuma məruz qalan məhəllələr Rusanivka, Kurenivka, Boiarka və Kiyev Beynəlxalq Hava Limanına və ya Julianıya yaxın ərazilərdir.

Bundan başqa, Kiyev vilayətinin Bila Tserkva şəhərində yanacaq anbarının vurulduğu və güclü partlayış eşidildiyi qeyd edilir.