Rusiya klubu azərbaycanlı futbolçuya 600 min avro qiymət qoydu

rusiya-klubu-azerbaycanli-futbolcuya-600-min-avro-qiymet-qoydu
Oxunma sayı: 1847

“Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyevin “Neftçi”yə transferi baş tutmayıb. “Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, maliyyə məbləğində klublar razılıq əldə edə bilməyiblər.

Halbuki, azərbaycanlı futbolçu Sankt-Peterburqda olarkən “Neftçi”nin düşərgəsinə yollanıb, hətta tibbi müayinədən də uğurla keçib. Lakin “Ximki”nin tələbi ilə “Neftçi”nin təklifi üst-üstə düşməyib.

Rusiyalılar 26 yaşlı oyunçu üçün 600 min avro istədiyindən, Bakı klubu transferdən imtina edib. Bu səbəbdən Quliyev bir həftəlik fasilədən sonra “Ximki”nin düşərgəsinə qayıdıb.