Rusiya klubu millimizin futbolçuları ilə müqaviləni yenilədi

rusiya-klubu-millimizin-futbolculari-ile-muqavileni-yeniledi
Oxunma sayı: 781

Qadınlardan ibarət Rusiya Super Liqasında iştirak edən “Yenisey” klubu Azərbaycan millisinin futbolçuları Diana Məmmədova və Alina Dorofoyeva ilə müqavilənin müddətini uzadıb.

“Qafqazinfo” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onların sözləşmələri müvafiq olaraq 1 və 2 müddətinə yenilənib.

Qeyd edək ki, daha əvvəl "Zenit" yığmanın digər üzvü Jalə Məhsimova ilə bir illik yeni müqavilə imzalayıb.