Rusiya klubunun 6 oyunçusunda koronavirus tapıldı

rusiya-klubunun-6-oyuncusunda-koronavirus-tapildi
Oxunma sayı: 1291

Rusiyanın “Rostov” futbol klubunun 6 oyunçusunda koronavirus aşkarlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə komandanın rəsmi saytında məlumat verilib.

Onlar - Roman Yeremenko, Dennis Hacıkaduniç, Xoren Bayramyan, Matias Normann, İvelin Popov və Arseni Loqaşovdur.

“Rostov” iki həftəlik karantinə göndərilib. KİV-in məlumatına görə, Rusiya Premyer Liqasının 23-cü turunun “Soçi” – “Rostov” turu baş tutmayacaq. Onun taleyi daha sonra müəyyənləşdiriləcək.