Rusiya koronavirus əleyhinə dərmanı bu ölkələrə göndərməyə başladı

rusiya-koronavirus-eleyhine-dermani-bu-olkelere-gondermeye-basladi
Oxunma sayı: 7951

Rusiya koronavirusun müalicəsində təsdiqlənmiş “Avifavir” dərmanının tədarükünə başlayıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, preperat ilk olaraq Belarusa ixrac olunacaq. Daha sonra isə “Avifavir” Latın Amerikası, MDB  və Yaxın Şərq ölkələrinə göndəriləcək.

Qeyd edək ki, Favipiravirin bazası əsasında hazırlanan “Avifavir” hazırda koronavirusun müalicəsində istifadə olunan iki dərmandan biridir.