Rusiya Krasnıy Limandan geri çəkildi

Rusiya Krasnıy Limandan geri çəkildi
Oxunma sayı: 4168

Rusiya qoşunları Ukraynanın Krasnıy Liman şəhərindən geri çəkilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qoşunlar “daha sərfəli xətlərə” çəkilib. 

"Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, müttəfiq qoşunları Krasnıy Liman yaşayış məntəqəsindən daha sərfəli xətlərə çıxarılıb", - Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, Krasnıy Liman Kramatorsk aqlomerasiyasının bir hissəsi olan əsas dəmir yolu qovşağıdır.