Xəbər verdiyimiz kimi futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi braziliyalı Milton Luiz Ziller Junior olub.
“Qafqazinfo” xəbər verir ki, 1962-cı ildə dünyaya gələn mütəxəssis peşəkar futzal karyerasına 18 yaşından başlayıb.
Miltinyo deyə çağırılan təcrübəli çalışdırıcı uzun müddət futzal oynaya bilməyib. 1980-ci ildə başlayan karyerasını 9 il sonra başa vuran mütəxəssis 1991-ci ildə məşqçilik etməyə start verir. Məşqçi kimi ölkəsində bir çox mükafatlar qazanır. Məşhur “Korintians” klubunun da çalışdırıcısı olub.
Onun Avropada karyerasının zirvəsi isə Rusiyada olub. “Qazprom Yuqa” klubunda işləyən Miltinnyo Rusiya kubokunun sahibi olub. 2 il çalışdırdığı klubla ikinci il finala yüksəlib. Həlledici görüşdə uduzan mütəxəssis Rusiyanı tərk edib. Onun “Qazprom Yuqa”dakı postunu isə yığmamızın sabiq oyunçusu Kaka təhvil alıb.
Növbəti ildən öz vətənində işləyən çalışdırıcı sabiq komandası “Korintians”a qayıdır. O, bu klubla məşhur Paulista turnirinin qalibi olub.
Ailəli olan Milton Luiz Ziller Juniorun 3 övladı var.
Son xəbərlər
Son Xəbərlər