Rusiya “Lada”nın qiymətini bahalaşdırdı

rusiya-ladanin-qiymetini-bahalasdirdi
Oxunma sayı: 5082

Rusiyanın “AvtoVAZ” şirkəti bu gündən “Lada” avtomobillərinin qiymətini artırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“AvtoVAZ” martın 16-dan “Lada” avtomobillərinin qiymətini təxminən 8 faizədək artırır.

Hazırda “Lada Granta” avtomobillərinin minimal qiyməti 728 min rubl (təxminən 12 min 600 manat), “Vesta” 1,122 milyon rubl (təxminən 19 min 500 manat), “Largus univerdsal” 1,236 milyon rubl (təxminən 21 min 500 manat), “Xray” 1,122 milyon rubl (təxminən 19 min 500 manat), “Niza Legend” 819 min rubl (təxminən 14 min 200 manat), “Niva Travel” 1,067 milyon rubl (təxminən 18 min 500 manat) təşkil edir.

Rusiya istehsalı olan avtomobillərin qiymətləri mart ayı ərzində artıq ikinci dəfədir bahalaşır.

“AvtoVAZ” martın 5-dən elektron komponentlərin çatışmazlığı üzündən istehsalı dayandırmışdı. Martın 16-dan Tolyatti zavodunda “Lada Granta” və “Lada Niva Legend” avtomobillərinin istehsalı bərpa edilib.