Rusiya Leonu Putinin adından belə təbrik etdi - Foto

rusiya-leonu-putinin-adindan-bele-tebrik-etdi
Oxunma sayı: 3093

Rusiya Mədəniyyət Nazirliyi amerikalı aktyor Leonardo Di Kaprionu “Oskar” mükafatı alması münasibətilə qeyri-adi üsulla təbrik edib.

“Qafqazinfo”nun məlumatına görə, nazirlik aktyorun şəklini prezident Vladimir Putinin fotosu ilə kollaj edərək “İnstagram” hesabında paylaşıb.

Şəkildə Leonun “Təşəkkür edirəm, Vladimir Vladimiroviç!” sözlərinə cavab olaraq Putinin “Boş şeydir, unut!” cavabı qeyd olunub.

Xatırladaq ki, aktyor bir müddət öncə müsahibələrindən birində Vladimir Putini canlandırmaq istədiyini bildirib.

Di Kaprio "Sağ qalmış" filmindəki roluna görə "Oskar" mükafatını alıb.