Rusiya LGBT təbliğatını qanunla qadağan etdi

Rusiya LGBT təbliğatını qanunla qadağan etdi
Oxunma sayı: 1201

Bu gün Rusiyada LGBT təbliğatını qadağan edən qanun qəbul edilib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsi dəyişmək istəyinə səbəb ola biləcək məlumatların təbliğatını qadağan edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Sənəddə həmçinin LGBT-lər haqqında məlumatların mediada, internetdə, reklamda, ədəbiyyatda və kinoda yayılması qadağan olunub.

Bundan əlavə, filmdə qeyri-ənənəvi cinsi münasibətləri və üstünlükləri təbliğ edən materiallar varsa, ona yayım sertifikatının verilməsinə qadağa qoyulacaq.

Sənəddə uşaqların ödənişli xidmətlər üzrə LGBT məlumatlarını dinləmək və ya onlara baxmaq imkanlarını məhdudlaşdıran mexanizmin tətbiqi də nəzərdə tutulur. Beləliklə, istifadəçinin yaşını təsdiqləmək üçün kodların daxil edilməsi və ya digər hərəkətlərin yerinə yetirilməsi tələbi olacaq. Eyni zamanda, 18 yaşına çatmamış vətəndaşların LGBT məlumatlarına çıxışı qadağandır.