Rusiya-Litva arasında “Eurovision” gərginliyi

rusiya-litva-arasinda-eurovision-gerginliyi-
Oxunma sayı: 2598


“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, böyük finaldan sonra ölkələrin əksəriyyəti bir-birilərinə düşmən kəsilib. Bu dəfə Rusiya ilə Litva arasında gərginlik artmağa başlayıb. Rusiya təmsilçisi Polina Qaqarinaya səs verməyən Litva rus xalqının qəzəbinə tuş gəlib.   Rusiyaya Baltik ölkələri olan Estoniyadan 12 bal, Latviyadan 10 bal verib. Digər region ölkəsi Litvanın bu Polinaya balı isə sıfır olub. Rusiya rəsmiləri Litvanın səsvermədə qərəzli olduğunu, hiyləyə əl atdığını iddia edib. Litva Dövlət Kanalı (LRT)  bu iddiaları yalanlayıb. 

Qeyd edək ki, Rusiya-Litva arasında siyası gərginlik də davam edir. Bu “dava” Litvanın ölkə ərazisində SSRİ-ni xatırladan heykəlləri sökməsi, Rusiya Federal Təhlükəsizlik Xidməti nümayəndəsinin Vilnusda casusluqdan həbs edilməsi ilə daha da alovlanmışdı.