Rusiya Lizaya görə canlı yayımdan imtina edə bilər

rusiya-lizaya-gore-canli-yayimdan-imtina-ede-biler
Oxunma sayı: 1928

Norveçi “Eurovision” mahnı müsabiqəsində Murmanskdan olan Liza Vasilyeva təmsil edə bilər.  “Qafqazinfo” xəbər verir ki, əslən Rusiyadan olan L. Vasilyeva Norveç Milli Finalının (MGP) 5-ci yarıfinalının qalibi olub. 

“360 TV”nin məlumatına əsasən, Rusiya Lizanın müsabiqədə iştirak edəcəyi təqdirdə “Eurovision”u canlı yayımlamayacağını bəyan edib. 

Qeyd olunub ki, buna səbəb Lizanın ifa etdiyi  provokativ xarakterli “I’m Gay” mahnısı və Rusiya barədə səsləndirdiyi mənfi fikirlərdir. 

Belə ki, lezbiyan olan müğənni Rusiyada təqiblərə məruz qaldığı üçün uzun illərdir Norveçdə yaşadığını, milli seçimlərdə qalib olduğu təqdirdə ölkəsi haqqında anti-fikirlərlə daha çox çıxış edəcəyini qeyd edib.