“Rusiya mafioz dövlətdir...”- - Soros

rusiya-mafioz-dovletdir-
Oxunma sayı: 968


“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumata görə, bunu Davos forumunda tanınmış maliyyəçi və filantrop Corc Soros söyləyib. 

Onun sözlərinə görə, indi hadisələrin gedişini dəyişmək və Rusiyanı təcavüzkarlıqdan imtinaya inandırmaq lazımdır. “Rusiya mafioz dövlətə çevrilib”, - deyə o, qeyd edib. Soros hesab edir ki, Moskva Ukraynaya təzyiq eləməklə özünü Avropa Birliyinə strateji rəqib eləmək, qanunun aliliyi əvəzinə gücün üstünlüyünə əsaslanan alternativ təklif eləmək istəyir. 

“Təkcə Ukraynanın deyil, Avropa Birliyinin özünün də taleyi karta qoyulub. Mən hesab edirəm ki, Ukraynanın itirilməsi Avropa üçün böyük bir itki olacaq və Rusiyanın parçalayıb hökm sürməsinə imkan yaradacaq... “Daha demokratik” olan Ukraynaya maliyyə köməyi göstərilməlidir” - əlavə edib sərmayəçi.