Rusiya Mariupola nəzarəti ələ keçirdi - Şoyqu açıqladı

rusiya-mariupola-nezareti-ele-kecirdi
Oxunma sayı: 5043

Kremldə Rusiya Prezidenti Vladimir Putin və ölkənin müdafiə naziri Sergey Şoyqu arasında görüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.

Görüşdə Şoyqu Putinə Rusiya hərbçilərinin Ukraynanın Mariupol şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb: “Mariupolda vəziyyət sakitdir və şəhərdə asayişi bərpa etməyə başlamağa imkan verir”.

Şoyqunun sözlərinə görə, iki mindən çox ukraynalı döyüşçü “Azovstal” dəmir-polad zavodunun ərazisində blokadada qalıb.

Xəbəri rus dilində oxuyun: Гусейн осчастливил эту семью в деревне - Видео