Bu gün səhər saatlarında başa çatan matçda şimal qonşumuz Rusiya dünya çempionatı qrup mərhələsində ilk xalını qazandı. “Qafqazinfo” xəbər verir ki, Rusiya Cənubi Koreya ilə 1-1 hesablı heç-heçə edib. 68-ci dəqiqədə Sunq Yenq Kin görüşdə hesabı açıb. Bu qoldan sonra özünə gələn Rusiya 74-cü dəqiqədə Aleksandr Kerjakovun qolu sayəsində hesabı bərabərləşdirib və matçdan 1 xalla ayrılıb.
Qeyd edək ki, qrupun digər oyununda Belçika Əlcəzayir üzərində 2-1 hesablı qələbə qazanıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər