Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirdi

rusiya-merkezi-banki-ucot-derecesini-endirdi
Oxunma sayı: 1405

Rusiya Mərkəzi Bankı yüksək faiz endirimi qərarı verib.

“Qafqazinfo” xəbər verir ki, bank uçot dərəcəsini 300 bənd azaldaraq 17 faizə endirib.

Qərar aprelin 11-dən qüvvəyə minəcək.

Bank aprelin 29-u keçiriləcək növbəti iclasında əlavə faiz endirimlərinin də mümkün olacağını istisna etməyib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı Qərb ölkələrinin sanksiyaları səbəbindən fevralın 28-də uçot dərəcəsini 9,5 faizdən 20 faizə qaldırmışdı. Beləliklə, ölkədə uçot dərəcəsi son 20 ilin ən yüksək səviyyəsinə çatmışdı.