“Rusiyalı oliqarxların aktivləri ilə yanaşı, Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitləri də müsadirə edilərək, Ukrayna üçün istifadə oluna bilər”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Rusiyalı oliqarxların aktivlərinin, yaxtalarının, villalarının və bank hesablarının müsadirə edilməsindən danışırıq. Bu prinsipi qəbul etsək, bu, dövlət aktivlərinə də şamil oluna bilər. Çünki Rusiya Mərkəzi Bankına məxsus çox böyük məbləğdə donmuş pul var”, - deyə Blinken vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər