Rusiya Federasiyasının İdman naziri Vitaliy Mutko futbol üzrə milli komandanın ləğv edildiyini elan edib.
“Qafqazinfo” Anspress-ə istinadən xəbər verir ki, iyulun 17-si dövlət rəsmisi ictiamiyyətə qərarını açıqlayıb. Nazir “artıq milli komanda yoxdur, heyət dağılıb” – deyib. V. Mutko halhazırda yeni baş məşqçinin axtarışlarının getdiyini bildirib. Buna səbəb isə Leonid Slutskiynin bütün diqqətini MOİK-də cəmləmək istəyi olub. Odur ki, baş məşqçi postuna gələcək şəxs milli komandanın heyətini yenidən toplamalı olacaq.
RF prezident administrasiyası nazirliyin milli komandanı ləğv etmək haqqında petisiyasını nəzərdən keçirib. Bu ana qədər 931 mindən artıq şəxsin imzasının toplandığı petisiyada rus yığma komandasının heyətinin dağılaraq, yenidən formalaşdırılması xahiş edilib.
Rus azarkeşlər futbol üzrə Milli komandanın ləğv olunmasını neçə vaxtdır ki, tələb edirlər. Bu məqsədlə 24 iyundan etibarən "Change.org" saytında petisiya da təşkil olunub. Petisiya Rusiya Federasiyasının prezidentinə və Dumaya ünvanlanıb. Azarkeşlər millinin "Avro-2016" da uğursuz çıxışını nəzərə alaraq, cari heyətin ləğvini tələb edir. Yeni heyətin yığılmasını təklif edən azarkeşlərin sayı artıq 50 mini keçib.
Son xəbərlər
Son Xəbərlər