Rusiya Milli Qvardiyasının rəsmi saytı kiber hücuma məruz qalıb.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə qvardiyanın informasiya mərkəzi məlumat yayıb. Bildirilir ki, sayt naməlum şəxslər tərəfindən “DdoS hücum”a məruz qalıb. Qeyd edilir ki, hücumu həyata keçirən web-serverlər saytda işləmək imkanını məhdudlaşdırsalar da, daha sonra hücumların qarşısı alınıb.
Qeyd edək ki, son zamanlar Rusiyada bəzi banklar da kiber hücuma məruz qalmışdı. Bu barədə danışan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirmişdi ki, banklara edilən xaker hücumlarının arxasında xarici xüsusi xidmət orqanları dayana bilər.
Son xəbərlər
Son Xəbərlər