Rusiya millisinin üzvü də terror qurbanı ola bilərmiş

rusiya-millisinin-uzvu-de-terror-qurbani-ola-bilermis
Oxunma sayı: 1234

“Fənərbaxça”nın yeni transferi Roman Noyştedter Atatürk Hava Limanında baş verən terrorun qurbanı ola bilərmiş.

Qafqazinfo” xəbər verir ki, Rusiya millisinin üzvü olan futbolçu terror hadisəsindən 1 saat öncə İstanbul klubunun rəhbərliyi ilə görüşmək üçün oraya gəlib. Lakin o, hava limanını tez tərk edib. 

Qeyd edək ki, İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.