“Rusiya “Mir”lə bağlı Azərbaycanla danışıqlar aparır”

rusiya-mirle-bagli-azerbaycanla-danisiqlar-aparir
Oxunma sayı: 2650

“Rusiya “Mir” ödəniş kartının istifadə edilməsi ilə bağlı Azərbaycan, Çin və Misirlə danışıqlar aparır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN başçısının müavini Aleksandr Pankin TASS-a müsahibəsində deyib.

“Böyük beynəlxalq kart ödəniş sistemləri tərəfindən bütün Rusiya müştərilərinin əsassız olaraq bloklanması “Mir” kartlarından istifadə coğrafiyasının genişlənməsinin prioritetliyini artırıb. Bu istiqamətdə fəal iş aparırıq”, - Pankin qeyd edib.

Qeyd edək ki, hazırda ödəniş sistemindən Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Özbəkistan və Cənubi Koreyada istifadə etmək olar.