Rusiya MN-dəki vəzifəsindən getdi

rusiya-mn-deki-vezifesinden-getdi
Oxunma sayı: 6678

Rusiya müdafiə nazirinin mətbuat katibi Rossiyana Markovskaya başqa vəzifəyə keçidi ilə əlaqədar tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində yazıb.

“Müdafiə nazirinin mətbuat katibi kimi təxminən yeddi il MiQ-31 kimi uçdu. Bu vaxtı qürurla xatırlayacağam!” – qeyd edib.

O, paylaşdığı postda həmçinin keçmiş müdafiə naziri Sergey Şoyqu ilə birgə fotosunu da yerləşdirib.

Markovskayanın hansı vəzifəyə keçəcəyi açıqlanmayıb.

Qeyd edək ki, R.Markovskaya 2017-ci ildən Sergey Şoyqunun şəxsi mətbuat katibi təyin edilmişdi. Rusiya Federasiyasının 2-ci dərəcəli dövlət müşaviri rütbəsinə malikdir.