Rusiya MN-dən Türkiyə hərbçilərinin öldürülməsi ilə bağlı açıqlama

rusiya-mn-den-turkiye-herbcilerinin-oldurulmesi-ile-bagli-aciqlama
Oxunma sayı: 5223

“Suriya hökumət qüvvələri İdlib de-eskalasiya zonasını atəşə tutan zaman türk ordusunun orada olduğu məlum olmayıb”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Qeyd olunur ki, fevralın 27-si “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının yaraqlıları Behun ərazisindəki Suriya ordusuna hücum ediblər.

“Suriya qoşunlarının cavab olaraq endirdiyi zərbələrə terrorçularla birgə, türk əsgərləri də tuş gəlib”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında vurğulanıb.

Xatırladaq ki, fevralın 27-si Suriyada rejim qüvvələrinin İdlibə zərbələri nəticəsində Türkiyə ordusunun 33 əsgəri şəhid olub.

Orxan Məmməd