Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserinin kapitanı Anton Kuprinin ölümünü təsdiqləyib.
“Qafqazinfo" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti Teleqram kanalında məlumat yayıb.
“Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Moskva” kreyserinin komandiri, 1-ci dərəcəli kapitan Kuprin Anton Valeryeviçin həlak olduğunu rəsmən açıqlayıb”, - Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında deyilir.
Xatırladaq ki, aprelin 14-ü axşam saatlarında Rusiyanın Müdafiə Nazirliyi “Moskva” kreyserinin batdığını təsdiqləyib. Onlar qeyd ediblər ki, fırtına nəticəsində zədələnmiş gəmi batıb.
Son xəbərlər
Son Xəbərlər