Rusiya MN vətəndaşların komissarlığa çağırılması məlumatını təkzib etdi

rusiya-mn-vetendaslarin-komissarliga-cagirilmasi-melumatini-tekzib-etdi
Oxunma sayı: 2205

“Hərbi komissarlıqlar ehtiyatda olan Rusiya vətəndaşlarını orduya çağırmayıb, Müdafiə Nazirliyinin belə bir planı yoxdur".

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Bütün bu cür saxta zənglər Ukrayna ərazisindən edilir, onlar tamamilə reallığa uyğun gəlmir və Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır”, - o deyib.

Konaşenkov qeyd edib ki, son günlər bir çox Rusiya vətəndaşı avtomatik cavablandırma qurğusundan hərbi komissarlığa gəlmək zərurəti barədə məlumat verilən saxta telefon zəngləri alıb.