Rusiya-Monqolustan sərhədində güclü zəlzələ

rusiya-monqolustan-serhedinde-guclu-zelzele
Oxunma sayı: 1305

Rusiya-Monqolustan sərhədinə 5,2 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Onun məlumatına görə, zəlzələnin episentri 243 minə yaxın əhalisi olan Anqarskdan (Rusiya) 273 kilometr cənubi-qərbdə və 2,1 min nəfərin yaşadığı Turt (Monqolustan) yaşayış məntəqəsindən 29 kilometr cənubi-qərbdə, ocağı 13 kilometrə yaxın dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.