Rusiya Müdafiə Nazirliyinin obyektinin ərazisində yanğın oldu

rusiya-mudafie-nazirliyinin-obyektinin-erazisinde-yangin-oldu
Oxunma sayı: 2146

Rusiyanın Belqorod vilayətində Müdafiə Nazirliyinin obyektinin ərazisində yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat paylaşıb.

"Üç bələdiyyənin - Borisov və Belqorod rayonlarının, Yakovlevski şəhər dairəsinin sərhədində Rusiya Federasiyası Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində yanğın baş verib. Tələfat və dağıntılar barədə məlumat dəqiqləşdirilir" ,- deyə məlumatda bildirilib.

Qladkov əlavə edib ki, operativ xidmətlər hadisə yerində işləyir və təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür.