“Rusiya müharibəni artıq uduzub”

rusiya-muharibeni-artiq-uduzub
Oxunma sayı: 4126

“Rusiyanın öz məqsədlərinə çatmaqda uğursuzluqlarını nəzərə alsaq, ölkə Ukraynadakı müharibəni artıq uduzub”.

“Qafqazinfo” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ərazisinin əhəmiyyətli hissəsini, o cümlədən şimalını ələ keçirməyi planlaşdırırdı, lakin ölkə buna nail ola bilmədi.