“Rusiya Ukraynadakı müharibənin tezliklə başa çatmasında maraqlıdır”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov braziliyalı həmkarı Mauro Vieyra ilə görüşü zamanı bildirib.
Lavrov həmkarı ilə Ukraynadakı müharibəni müzakirə edib.
Rusiya XİN başçısı münaqişənin uzunmüddətli razılaşmalar əsasında həllinin zəruriliyindən danışıb.
Sergey Lavrov vurğulayıb ki, Rusiya Ukraynadakı müharibənin tezliklə başa çatmasında maraqlıdır.
Son xəbərlər
Son Xəbərlər