Rusiya-NATO danışıqları Bakıda bu tarixdə keçiriləcək

rusiya-nato-danisiqlari-bakida-bu-tarixde-kecirilecek
Oxunma sayı: 1469

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uoltersin Bakı görüşü 6-7 fevral tarixlərinə planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə diplomatik mənbə bildirib.

“Gündəliyi yalnız tərəflər bilir. Bakı ənənəvi görüş yeridir”, - deyə mənbənin məlumatında deyilir.

Xatırladaq ki, Rusiya-NATO formatında bundan əvvəlki görüş Bakıda noyabrın 26-da keçirilib.