Rusiya Ukraynada NATO-ya üzv olan 16 ölkənin ordusunun cəmindən böyük itki verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, alyansa üzv olan 28 ölkənin hərbçilərinin sayı Rusiyanın bir ildən çox müddətdə itirdiyindən azdır.
Həmin 16 ölkənin hərbçilərinin ümumi sayı 193 min nəfərdir ki, bu da Rusiyanın Ukraynada itirdiyi hərbçilərdən 7 min nəfər azdır.
Həmin ölkələr bunlardır:
Bolqarıstan - 25 min nizami qoşun;
Finlandiya - 24 min nizami qoşun;
Macarıstan - 23 min nizami qoşun;
Norveç - 23 min nizami qoşun;
Litva - 16 min nizami qoşun;
Danimarka - 16 min nizami qoşun;
Xorvatiya - 15 min nizami qoşun;
Slovakiya - 13 min nizami qoşun;
Şimali Makedoniya - 9 min nizami qoşun;
Albaniya - 8 min nizami qoşun;
Sloveniya - 7 min nizami qoşun;
Latviya - 6,5 min nizami qoşun;
Estoniya - 4 min nizami qoşun;
Monteneqro - 2,5 min nizami qoşun;
Lüksemburq - min nizami hərbçi;
İslandiya - praktiki olaraq nizami qoşunlar yoxdur.
Son xəbərlər
Son Xəbərlər