Rusiya Nipah virusunu təyin etmək üçün test sistemləri yaradıb

Rusiya Nipah virusunu təyin etmək üçün test sistemləri yaradıb
Oxunma sayı: 684

Rusiyada Cənubi Asiyada yayılan Nipah virusunun təyin edilməsi üçün test sistemləri yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova açıqlayıb.

“Həmkarlarım çox tez bir zamanda test sistemləri yaratdılar. Bu gün sözügedən virusun aşkar olunması və yaxud bu cür simptomlara malik xəstənin təyin edilməsi halında biz Nipah virusunu ayırd edə bilərik”, - deyə Popova qeyd edib.

Qeyd edək ki, Nipah virusu qripə bənzəyir, qızdırma, baş ağrısı, boğaz ağrısı və əzələlərdə ağrı kimi əlamətlərlə özünü göstərir. İlk dəfə 1998-ci ildə Malayziyada aşkar olunan bu virus bu günə qədər bir neçə dəfə yayılıb.